» » Tacir Şahmalıoğlu 18 ildən sonra doğulan oğlundan danışdı


Uşağın adını Ömür qoyduq
Müğənni Tacir Şahmalıoğlu 18 ildən sonra dünyaya göz açan oğlundan danışıb.

O, AzNews.az-a açıqlamasında bildirib ki, sevincinin həddi-hüdudu yoxdur:

“Bütün ailə sevinc içərisindədir. İki övladım vardı. Biri oğlan, biri də qız. Ramazan ayında üçüncü övladım oldu. Gəlişi ilə evimə bir dünya sevinc gətirdi. Uşağın adını Ömür qoyduq. Artıq xəstəxanadan evə gəlmişik”.

Tacir Şahmalıoğlu gələcəkdə Ömürün onun davamçısı olmasını arzu etdiyini deyib:

“Allah yazıbsa, niyə də olmasın”.