» » Koronavirusa yoluxan Xalq artistinin səhhəti pisləşib


Xalq artisti Sabir Əliyev koronovirus infeksiyasına yoluxub.

starxeber.az    xəbər verir ki, xanəndənin səhhəti bu günlərdə daha da ağırlaşıb.

Ailəsi bildirib ki, S.Əliyev hazırda Kürdəxanı qəsəbəsində xəstəxanalardan birinə yerləşdirilib. Onlar müalicənin yaxşı aparılmadığından xanəndənin səhhətinin daha da pisləşdiyini deyiblər.

"Lazımi qrumlardan Sabir Əliyevin daha yaxşı xəstəxanaya yerləşdirilməsinə kömək edilməsini xahiş edirik" deyə, ifaçının yaxınları bildirib.