» » Bakıda gənc oğlan bıçaqlandı


Bakıda bıçaqlanma hadisəsi baş verib.

starxeber.az  xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü Rzaxanov Hacıbəy Fazil oğlu naməlum şəraitdə bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.