» » Səfurə İbrahimova "Qurd qapısı"nda dəfn olunacaq


Ötən gün vəfat edən Xalq artisti Səfurə İbrahimova bu gün dəfn ediləcək.

starxeber.az  xəbər verir ki, məşhur aktrisa “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılacaq. 

Saat 15:00-da reallaşacaq dəfn mərasimində sərt karantin rejiminin qaydalarına əməl olunacaq, az sayda insan iştirak edəcək.

Qeyd edək ki, S. İbrahimova ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.