» » Könüllülərə ŞAD XƏBƏR


Könüllü və  hərbi səfərbərlik qaydasında orduya  çağrılan şəxslərə  xüsusi müavinət veriləcək.

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

 Onun sözlərinə görə, artıq bununla bağlı Maliyyə naziriliyində vəsait ayrılıb: “Maliyyə nazirliyində bildirilib ki,  hərbi səfərbərlik və könüllü qaydada orduya xidməteə gedənlərə aylıq 360 manat həcmində müavinət verilməsi  nəzərdə tutulur. 

Artıq Maliyyə Nazirliyi bununla bağlı 50 milyon manata vəsait ayırıb və  bu vəsait yaxın zamanlarda  verilməyə başlayacaq. 

Vəsait Müdafiə Nazirliyi tərəfindən  müəyyənləşdirildikdən sonra veriləcək”.