» » Füzuli, Hadrut, Xocavənddə döyüşən şöbə rəisi...


Vətən Müharibəsində iştirak edən igid oğlanlarımız arasında yüksək vəzifələr tutan şəxslərə də rast gəlmək mümkündür.

starxeber.az   xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Füzuli rayon Vergilər Şöbəsinin rəisi Atakişi Aqil Şəmi oğlu rütbəli zabit olduğu üçün Vətən Müharibəsindən 1 həftə öncə hərbi səfərbərliyə alınıb. 

Əslən İmişli rayonundan olan Aqil müharibənin ən qaynar nöqtələrində xidmət edib. Artilleriya tağımının komandiri olaraq Füzuli, Hadrut, Xocavənd istiqamətlərində qızğın döyüşlərdə iştirak edib.
Onun tağımı dümənə ağır zərbələr vuraraq Füzuli və Xocavəndin bir çox kəndlərinin azad edilməsində mühüm rol oynayıb. Xidmətdə fərqləndiyinə görə, Aqil Atakşinin hərbi rütbəsi artırılıb.

3 uşaq atası olan Aqili ailə üzvləri həsrətlə gözləsələr də, o xidmətini davam etdirir. Həyat yoldaşının dediyinə görə, Aqil işğaldan azad ərazilərdə tam sabitliyin bərpasından sonra qayıdacağını deyib. O, rəhbərlik etdiyi rayon şöbəsinin azad edilmiş torpaqlarda açılacağı günü gözlədiyi ən böyük hədiyyə adlandırır.