» » “Digər rayonların problemlərini bir il gec də həll etmək olar, əsas Qarabağdır"


“Biz görürük ki, Qarabağda müəyyən təxribatlar baş verir. Ona görə də əhalinin ora köçürülməsini təmin etməliyik”.

 starxeber.az  xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında büdcə müzakirələri zamanı çıxış edən deputat Siyavuş Novruzov deyib. 
Siyavuş Novruzov əhalinin orada məskunlaşması zamanı təxribatların olmayacağını da söyləyib:

“Biz təkcə sülhməramlılara arxayın olmamalılıyıq. Biz Azərbaycan Ordusuna arxayın olmalıyıq. Ona görə də insanlarımızı tez zamanda ora yerləşdirməliyik. Digər rayonlardakı problemləri 1 il gec həll etmək olar. Əsas diqqəti Qarabağa yönəltmək olar ki, orada vakuum yaranmasın”.
Deputat bildirib ki, bu insanlar vətən üçün, xalq üçün döyüşüb: “Biz maddiyyatı onlardan üstün tutmamalıyıq. Onlaırn problemləri ən yüksək səviyyədə təmin olunmalıdır. Hətta döyüşlərə gedənlər gizlin gediblər. Onlar döyüşə gedərkən  heç nə düşünməyib, O Vətən uğrunda savaşa gedib. Hər bir azərbaycanlının arzusu ərazi bütövlüyümüzü təmin etməkdir. Biz bu istiqamətdə çalışmamalıyıq. 

Dərsliklərimizi də bu istiqamətdə yazmalıyıq. Onlar ən yüksək təminata layiqdirlər və bunu etməliyik”.