» » Türkiyədə koronavirusla bağlı son vəziyyət


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 257 nəfər ölüb.

starxeber.az   xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 15 197 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Bu gün sağalan xəstə sayı 20 135, ağır xəstə sayı isə 4251 nəfər olub.