» » Şəbnəm Tovuzlunun sabahkı konserti


Məşhur müğənni Şəbnəm Tovuzlu sabah Moskvada solo konsert proqramı ilə çıxış edəcək. 

starxeber.az xəbər verir ki, müğənni özü və bir neçə xəbər səhifəsi müğənninin konsertinin anonsunu paylaşır. 

Yeni il şənliklərinin ölkədə ləğv olunduğu bir ərəfədə, millət olaraq 3 minə yaxın şəhidimizə yas tutduğumuz günlərdə Şəbnəm Tovuzlunun solo konsert verməsi sosial şəbəkə izləyicilərinin qəzəbinə səbəb olub.
 
Əksəriyyət müğənnini müharibənin davam etdiyi günlərdə şəhidlərin şəklini paylaşıb, indi də belə addım atmasını qəbulolunmaz adlandırıblar. 

"Heçmi utanmadın?", "Şəhidlərimizə hörmət et" kimi şərh yazanlar çoxluq təşkil edib. 

Şərh yazanlar arasında Moskvada yaşayanlar da olub. Onlar konsertə biletlərin qiyməti ilə maraqlanıb. Hətta bilet aldıqlarını yazanlar da olub. 

Bir qisim sosial şəbəkə istifadəçisi isə müğənninin işi mahnı yazdırmaq və konsert verməkdir deməklə, sənətçiyə dəstək olublar. 

Qeyd edək ki, Ş. Tovuzlu sabah "Qranathol"da solo konsertlə çıxış edəcək.

/Shownews.az