» » Azərbaycanlı aktyor vəfat etdi


Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Ağaxan Şərifov vəfat edib.

starxeber.az   xəbər verir ki, bu haqda teatrdan məlumat verilib.

A.Şərifov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Ağaxan Şərif oğlu Şərifov 22 oktyabr 1962-ci ildə Ağsuda anadan olub. 2007-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrınında işləməyə başlayıb.