» » Rəmişin vəziyyəti ağırlaşıb


Məşhur gitara ifaçısı, Xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynovun vəziyyəti ağırdır.

starxeber.az  xəbər verir ki, bu barədə tanınmış rejissor Mahir Hüseynbəyli sosial şəbəkədə məlumat yayıb. 

Rejissor sənətçinin xəstə yatağından video paylaşaraq, ağdamlı məşhurlara və Mədəniyyət Nazirliyinə səslənib: “İmkanı olan ağdamlılar, ağdamlı xalq artistləri, iş adamları, vəzifəli şəxslər, 60 ildir Rəmişi əlində bayraq edib, onun ağdamlı olmasıı ilə fəxr edən kəslər, gedib oraları gəzəndə bir Rəmişi də yada salın. Vəziyyəti yaxşı deyil. Aparın Ağdamı görsün".

Ölkə.Az