» » Nailə Mirməmmədli xərçəng xəstəliyindən əziyyət çəkirmiş


Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

“MediaPost”un əldə etdiyi məlumata görə, sənətçi həyat yoldaşı, bəstəkar Hikmət Mirməmmədli və oğlunun ölümündən bir neçə il sonra evində huşunu itirib.

Həkim müayinəsindən sonra onun başında xoşxassəli şiş (xərçəng xəstəliyi - red.) tapılıb. Neçə ildir bu xəstəliklə mübarizə aparan N.Mirməmmədli bunu hər kəsdən gizlədib. O, həm də kəskin şəkərli diabetdən əziyyət çəkirmiş.

N.Mirməmmədli 60 yaşında dünyasını dəyişib.

Pərviz Hüseyn