» » "Nailə Mirməmmədli bir çox ifaçıların anası idi"


"Hikmət və Nailə Mirməmmədlini 1999-cu ildən tanıyıram. Hər ikisinin ölümü sənət adamlarını çox sarsıtdı. O ərəfədə müsabiqəyə gedirdim, hazırlıq dönəmində nailə xanım gildə qalırdım. Elə bir müğənni yoxdur ki, onların evində olmasın. Nailə xanımın və Hikmət müəllimin dəstək olmadığı müğənni yoxdur".

Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi ötən gün dünyasının dəyişən bəstəkar Nailə Mirməmmədli ilə bağlı xatirələrini bölüşüb:

"Nailə xanımın ölümü hamımızı sarsıtdı. Sevimli müəllimim olub, ailəsini sevirəm. Mənə çox dəstək olub. O, Azərbaycan müasir estradasında böyük rolu olan bəstəkardır. Hələ oxunmayan bəstələri var idi. Hətta birini mən oxuyacaqdıq.

Hikmət və Nailə Mirməmmədli xoşbəxt ailə idi. Onlar uşaqlarının uşağı idi. Onların nazı ilə oynayırdı. Azərbaycan incəsənəti böyük şəxsiyyəti itirdi.

Hamı zəng edib soruşur ki, Nailə xanım koronovirusdan ölüb? Yox, Nailə xanım böyük zərbələr alıb. Əvvəl oğlunu, sonra həyat yoldaşını, anasını itirdi. Hamısı kiçik ürəyə yığışdı və dözmədi. Nailə Mirməmmədli bir çox ifaçıların anası idi".