» » Aygün Kazımovanın 2021-in


Xalq artisti Aygün Kazımova bu ilin duet layihəsini təqdim edib.

starxeber.az xəbər verir ki, sənətçi müğənni Rəsul Əfəndiyevlə növbəti duet oxuyub.

"Yarımdı o" adlanan mahnı, ifaçıların sayca üçüncü duetidir.

Onlar daha əvvəl "Dola məni qolunu" və "Gedək şəhərdən" adlı mahnıları birlikdə ifa etmişdilər.

Xalq artisti Aygün Kazımovanın rəsmi youtube kanalında yayımlanan mahnının musiqi müəllifi Fərid Kərimli, söz yazarı Həsən Babayevdir.