» » Türkiyədə koronavirusla bağlı son vəziyyət


Türkiyədə yeni növ koronovirusdan son sutka ərzində 194 nəfər ölüb.

starxeber.az  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 14 494 nəfər COVID-19 xəstəsi qeydiyyata alınıb.

Bu gün 8 908 nəfər sağalıb, ağır xəstə sayı isə 3 410 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 270 101 nəfər COVID-19 xəstəsi qeydə alınıb. Onlardan 2 155 338 nəfər sağalıb, 21 879-u isə vəfat edib.