» » Bakıya dəstək mitinqi keçirən azərbaycanlı həbs edildi


Güney Azərbaycanın Urmiya şəhərində yaşayan azərbaycanlı fəal Salar Tahir Əfşar barəsində məhkəmə qərar qəbul edib.

starxeber.az xəbər verir ki, güneyli fəal Qarabağın işğaldan azad edilməsinə dəstək mitinqində iştirak etdiyi üçün 4 il müddətinə həbsə məhkum edilib.

Ona “İrana qarşı təbliğat ” və “qanunsuz aksiya təşkil etmək” ittihamı irəli sürülüb.

Qeyd edək ki, Şuşanın işğaldan azad edilməsindən sonra Güney Azərbaycanın bir çox şəhərlərində, o cümlədən Təbriz, Meşkinşəhr, Ərdəbil, Zəncan və Tehranda “Qarabağa və Azərbaycan Ordusuna dəstək” adı altında mitinq keçirilib.

/konkret.az