» » Sumqayıtda jurnalistin avtomobili qarət edildi -


Sumqayıtda avtomobildən oğurluq hadisəsi baş verib.

starxeber.az-ın xəbərinə görə, hadisə ötən gecə 36-ci məhəllədə qeydə alınıb.

Belə ki, jurnalist İlham Məmmədzadənin avtomobili qarət edilib.

Bu barədə jurnalist sosial şəbəkədə məlumat paylaşıb.

Bildirib ki, naməlum şəxs və ya şəxslər onun avtomobilinin sol-qabaq hissəsinin şüşəsini sındıraraq qarət edib.

İ.Məmmədzadə hadisə barədə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

DİN-dən “Report”a bildirilib ki, hadisə artıq araşdırılır.