» » Şöbə müdirinin 3 illik pensiya köçürmələri yoxa çıxmasından 1 il keçdi


15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində çalışmış Elton Hacıyevin 3 illik pensiya köçürmələri yoxa çıxandan bir il ötür. 

starxeber.az-ın  verdiyi xəbərə görə, şöbə müdirinin 3 illik köçürmələri yoxa çıxması ilə bağlı ilkin məlumat sosial şəbəkələrdə yayılmışdı.

Son hadisələri nəzərə alsaq, cəmiyyətimizin bütün diqqəti cəbhə bölgəsində olduğunu vurğulayardıq. Lakin daxildə bəzi məmurlar hələ də öz çirkin niyyətlərini tamamlamaq üçün iş başındadırlar. 

Bu barədə starxeber.az-a məlumat verən vətəndaş vurğulayır ki, hazırki vəziyyətdən Hacı Zeynalabdin Bələdiyyəsi lazımı qaydada istifadə etməyi bacarır. Bu gün dünyada baş verən anormal proseslər vaxtında Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Əsli Qasımova və  baş mühasib Teyyub Novruzov öz məkirli planlarını davam etdirlər. Hətta ölkədən xaricdə olan “söyüş müxalifəti” belə dayandığı bir dönəmdə onların çirkab əməllərini təsdiqləyən faktların Sumqayıtın aidiyyəti qurumlarına göndərilməsinə baxmayaraq  onlar bunlar barəsində heç bir tədbir görmür və ya görmək istəmir. Hacı Zeynlabadin Bələdiyyəsi əsassız səbəblər gətirir və vətəndaşın haqqına girir. 

Bəs indi görəsən bu bələdiyyə qurumunun arxasında kimlər belə böyük qüvəllər durur ki, heç kəs nə bu məsələ ilə bağlı tədbir görmür?