» » SON DƏQİQƏ: Adnan Oktarla bağlı son qərar verildi -


Türkiyədə bir sıra cinayətlərdə ittiham edilən və saxlanılan təriqət lideri, "Harun Yəhya" ləqəbli Adnan Oktarın bu gün növbəti məhkəmə prosesi baş tutub.

starxeber.az türk mediasına istinadən xəbər verir ki, məhkəmədə Adnan Oktarla yanaşı 236 şübhəli iştirak edib. Məhkəmə heyəti yekun olaraq qərarını açıqlayıb. Hakim Adnan Oktara 1000 ildən çox həbs cəzası verib.

Xatırladaq ki, 2018-ci il 11 iyulda səhər saatlarında İstanbul daxil olmaqla, eyni anda 4 ünvanda keçirilən xüsusi əməliyyatla Adnan Oktarla yanaşı 235 müridi də saxlanılmışdı.

Əməliyyatdan bir neçə gün sonra isə Adnan Oktarın İstanbulun Çəngəlköy səmtindəki 30 hektar ərazini əhatə edən 100 otaqlı villasından külli miqdarda pul, müxtəlif silahlar və digər əşyalar maddi sübut kimi polislər tərəfindən müsadirə edilib.