» » İstanbulda koronavirusa görə yeni qadağa


Koronavirusla mübarizə çərçivəsində Türkiyənin İstanbul şəhərində yeni qadağa başlayır.

"Haber Global” bu barədə "İstanbulkart”ın açıqlamasına istinadla məlumat yayır.

Bildirilir ki, yanvarın 15-dən 65 yaşdan yuxarı və 20 yaşdan kiçik şəxslərin ictimai nəqliyyatdan istifadə etməsi qadağan olunur.

Qeyd edək ki, Türkiyə kornavirusa yoluxma sayına görə (2 326 256 nəfər) dünyada yeddinci ölkədir.