» » Bakıda 15 yaşlı oğlan itkin düşdü


Bakıda yeniyetmə oğlan itkin düşüb.

starxeber.az-ın məlumatına görə, 15 yaşlı Elvin Məmmədov dünən paytaxtın Qara Qarayev metrostansiyası yaxınlığında saat 17 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində papaqlı qara kurtka olub. Yeniyetmənin əqli qüsurlu və eşitmə qabiliyyətində problem olduğu bildirilir.

Onu görən şəxslərdən atası Elçin Məmmədovun (070) 997-53-52 mobil nömrəsinə zəng etmələri və ya yaxınlıqdakı polis şöbəsinə aparmaları xahiş olunur.