Göyçay rayon prokurorluğundan starxeber.az-a verilən məlumata görə, hadisə yanvarın 13-də saat 11 radələrində baş verib.
Göyçay rayon sakini, 1973-cü il təvəllüdlü Əmirov Teyyub Adil oğlunun hündürlükdən yıxılaraq xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla Göyçay şəhəri, Nizami küçəsində yerləşən qeyri-yaşayış obyektində fəhlə işləyən Teyyub Əmirovun iş zamanı hündürlükdən yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır.