» » Türkiyədə koronavirusla bağlı son vəziyyət


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 170 nəfər ölüb.

starxeber.az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 8 962 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 9 011 nəfər sağalıb, ağır xəstə sayı isə 2 512 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 364 801 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 236 938 nəfər sağalıb, 23 945 nəfər isə ölüb.