» » Hacı Zeynalabdin qəsəbəsində kimsənin bata bilmədiyi


Dəfələrlə mətbuatda Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində hal-hazırkı bələdiyyənin sədri Əsli Qasımovanın (03.07.1995) qalmaqallı addımları barədə bir il çeşidli informasiyalar dərc edilmişdir. Ancaq nə faydası?..
Adama deyən lazım ki, kimdən, kimə nə yazırsan? Elə bu hoqqabazlığın başında onlar deyilmi duran? İndi güya ki, “yuxarıdakılar” Əsli Qasımovanın burada nə işlə məşğul olduğunu bilmirlərmi ki? Əlbəttə, bilirlər!. Necə deyərlər, “ağası gülüm olanın, başına da külüm olar”.
 

 Hər halda Əsli Qasımovanın necə, nə cür sədr olduğunu qəsəbə sakinlərindən  yaxşı kimsə bilə bilməz. Elə Sumqayıt Regional Ədliyyə İdarəsidə onun necə biri olduğunu, kimin himayəsi altında hələ də vəzifədə irəlləməsini yaxşı bilirlər.
Görünən odur ki, Sumqayıt Regional Ədliyyə İdarə rəhbəri bir sədrin  öhdəsində gələ bilmir. Yəni, Əsli Qasımovanı “qoruyan əl” idarə rəisini susduracaq qədər uzundur. Bu səbəbdən də Əsli Qasımova nə idarə rəisi sayır, nə də bir başqasını. Ona görə də bələdiyyə sədri özünü kraliça kimi aparır. 
Məhz elə bu üzdən də qəsəbə camaatı tərəfindən redaksiyamıza daxil olan şikayətlərin ardı-arası kəsilmir. Hər kəs Əsli Qasımovanın “burda mənəm, Bağdadda kor xəlifə” liyindən gileylənir.

Verilən bilgilərdə qeyd olunur ki, Ə.Qasımova əvvəllər Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin katibə postunu tutmaqla yanaşı hazırkı vaxt  qəsəbənin icra nümayəndəsi olan Lalə Hacıyevanın dəstəyi sayəsində 3 saylı uşaq bağçasına təsərrüfat şöbəsinin müdiri vəzifəsinin işlədiyi sənədləşirilib. Lakin Qasımovanın adı var, özü isə yoxdur (bir sözlə "ölü canlı"). 
Məlumdur ki, 2019-cu il 23 dekabrda respublika üzrə keçirilmiş bələdiyyə seçkilərində iştirak etmək üçün təcili şəxsiyyət vəsiqəsini dəyişərək 29.10.2019-cu il tarixdə iş yoldaşının anası Haqverdiyeva Əsbəd Mustafa qızına məxsus evinə (Hacı Zeynalabdin qəsəbəsi Azadlıq küçəsi ev 24) qeydiyyatına düşərək, bələdiyyə seçkiləri dövründə bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb və "demokratik və şəffaf yol" ilə 15 yanvar 2020-ci ildə Hacı Zeynalabdin Bələdiyyəsinin sədr vəzifəsinə seçilir. Aydın məsələdir ki, Əsli Qasımova həmin vəzifəyə elə belə təyin olunmayıb, burada bəzi qurumlarının xüsusi rolu var. Elə bu baxımdan da onların himayəsi ilə çalışdığı deyilir…
Ötən il sentyabr ayında media orqanları Hacı Zeynalabdin qəsəbə bələdiyyəsinin hoqqabazlığı barədə bəzi qurumlara sorğu göndərmişdir. Bələdiyyələrlə İş Mərkəzindən özünü təqdim etməyən bir nəfər Sumqayıt Regional Ədliyyə idarəsi tərəfindən məsələnin araşdırılacağı bildirib.Sumqayıt Regional Ədliyyə idrəsinin rəisi Baş Ədliyyə müşaviri Sahib Bayramov qaldırılan məsələ Azərbaycan Respublikasınin Ədliyyə Nazirliyinin və Sumqayıt Regional Ədliyyə İdarəsinin səlahiyyətlərinə aid olmadığını bildirmişdir. 
 
44 saylı Sumqayıt - Xızı Seçki Dairə seçki komissiyanın katibi Təravət Rəsulova media tərəfindən verdiyi sualın qarşısında aciz qalıb. Deməyə söz tapa bilməyən komissiyasının katibi 2 aydan sonra 19.11.2020-ci il tarixli, 44/86 saylı məktubunda  Qasımova Əsli Nofəl qızının (namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürmüşdür) sənədləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq 54.1, 54.2 və 214.1 maddələrinin tələblərinə uyğun təqdim edilməsini bildirmişdir. Tutaq ki, Ə.Qasımova namizədliyi YAP-ı tərəfindən irəli sürmüşdür. Niyə məhz 2 ay öncə ona verdiyi sualın cavabı indi tapıb?
Hətta qurumların işə müdaxilə etməsi nəticəsində onu “sudan quru” çıxarıblar.
Beləliklə  Qasımova bəzi qurumlarının fikirlərini yayındırmağı bacarmış və özünün “mələk cildini” qoruyub saxlamaq üçün Sumqayıt Regional Ədliyyə İdərəsinə məktub göndərir. 
Hacı Zeynalabdin Bələdiyyəsi 17.12.2020-ci il tarixli, 187 saylı məktubunda sədrinin Sumqayıt şəh. 2m/r ev 32/73, m.16-da qeydiyyatda olmasına baxmayaraq 2013-cü ildən bu günə qədər qəsəbədə işlədiyini və qeydiyyatsız yaşadığını, bələdiyyə seçkilərindən öncə 29.10.2019-cu il tarixdə Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, Azadlıq küçəsi, ev 24 ünvanına düşdüyünü və hazırda həmin ünvanda yaşadığını bildirmişdir.
İlk olaraq, məktubda Qasımovanın sözlərinə görə guya 8 il qəsəbədə işlədiyini və qeydiyyatsız yaşadığını bildirir. İşləməyə həqiqətən söz yoxdur, çünki bu şəxs 18 yaşından keçmiş icra nümayəndəsi Nasir Rzayevin vaxtında katibə vəzifəsində işləyir, lakin yaşamağa gəlincə isə cəfəngiyyatdır. İndiki dövrdə qardaş-qardaşa etibar etmir, çoxmaraqlıdır ki,qəsəbənin sakini Haqverdiyeva Əsbəd neçə icazə verib tanımadığı bir qızı onun evində guya illərdi yaşamağa? Maraqlıdır, nə bəhanə uyduracaqlar?  
Əgər Ə.Qasımovanın sözlərinə görə həqiqətən o qəsəbədə yaşasaydı, onda yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 
Bəzi qurumların DİQQƏTİNƏ ÇATDIRIRIQ Kİ, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.
Bəzi maraqlı bir faktlar var ki, bir ildir həmin bu bələdiyyə sədri və onun baş mühasibi vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində işləyən Elton Hacıyevin haqqına giriblər. Lakin dövlət qurumları isə onların hoqqabazlığa göz yumurlar. Ancaq saxta sənədlə qeydiyyata düşüb bələdiyyə sədri olması barədə yayılmış xəbərə tez bir reaksiya verərkən onun " müdafiəsinə qalxırlar ".
  
Bu cür şəxslərin və onların havadarlarının üzündən vətəndaşlarda dövlətə qarşı bir narazılıq yaranır. 
Cəmiyyətdə belə bir düşüncə formalaşıb ki, bütün bunların artmasına “dövlət şərait yaradır, göz yumur”. Amma burda dövlətin heç bir günahı yoxdur, günahı olan Əsli Qasımova kimiləri və onun havadarlardır.
Əsli Qasımovanın icra qurumlarında başqa insanlar tərəfindən himayə olunduğu bildirilsədə indi tam əminliklə qəsəbənin icra nümayəndəsi tərəfindən himayə olunduğu bildirilir. Yoxsa aşkar dəlillərlə edilən müraciətlərə niyə göz yumulsun?