» » Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək


Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri birlikdə ortaq hərbi təlimlərə hazırlaşırlar.
Bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilir ki, qış təlimləri 1-12 fevral tarixində Qars vilayətində həyata keçiriləcək. Təlimlərdə snayperlər, xüsusi təyinatlı qüvvələrin şəxsi heyəti, komandolar və helikopterlər iştirak edəcək.

 O cümlədən, hava hücumu əməliyyatları, havadan atış hərəkatı, hava nəqliyyatı və logistik dəstək fəaliyyəti yerinə yetiriləcək.

Bu təlimin son dövrün ən böyük təlimlərindən biri olacağı qeyd edilir. oxu.az