» » Xəzər dənizində tanker partladı:


Mahaçqalada dəniz ticarəti limanında tankerlərdən birində güclü partlayış baş verib.

starxeber.az Trend-ə istinadən bildirir ki, səhər saat 4 radələrində baş vermiş insident nəticəsində 2 nəfərin xəsarət aldığı, daha 3 nəfərin itkin düşdüyü bildirilir. Son məlumata görə, itkin düşənlərdən 2-nin meyiti tapılıb.



Partlayışdan sonra tankerdə yanğın başlayıb.

Partlayışın hansı səbəbdən baş verməsi hələ dəqiq məlum deyil.

Hazırda tankerdə qəzadan sonra neft məhsullarının axması halının olmadığı qeyd edilir.