» » Teleradio Şurası büdcəyə qaytardığı pulun həcmini açıqladı


Milli Televiziya və Radio Şurası (MTRŞ) dövlət  büdcəsindən maliyyələşmiş vəsaitdən 39 min 327 manat 52 qəpik vəsaiti büdcəyə qaytarıb.

Bu barədə MTRŞ-nın 2020-ci il üzrə Maliyyə Hesabatında yazılıb.

İllik plana əsasən Dövlət büdcəsindən 1 milyon 364 min 581 manat vəsait ayrılması nəzərdə tutulub. Lakin dürüstləşmiş büdcə kimi dövlət büdcəsindən 1 milyon 326 min 663 manat vəsait ayrılıb.

İl ərzində büdcədən maliyyələşdirilmiş vəsaitin isə 1 milyon 226 min 205 manat 48 qəpiyi aidiyyəti üzrə istifadə olunub..

Prezidentin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan MTRŞ-ya üç milyon manat vəsait ayrılıb. Həmin vəsait altı özəl telekanalın hesabına köçürülüb.