» » Türkiyədə yoluxanların son statistikası


Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 167 nəfər ölüb.

starxeber.az  xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 818 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 7 218 nəfər sağalıb, ağır xəstə sayı isə 2 162 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 399 781 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 277 987 nəfər sağalıb, 24 328 nəfər isə ölüb.