» » Seyran kostyumla hovuzda klip çəkdirdi


Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov bu ilin ilk layihəsini təqdim edib. 


starxeber.az  xəbər verir ki, sənətçi musiqisi və sözləri özünə məxsus "You never know" ("Sən heç bilmirsən") adlı mahnını ekranlaşdırıb. Rejissor missiyasını üzərinə götürən Seyran, əsas qəhrəman obrazını da özü canlandırıb.

Klipin çəkilişləri İtaliya və Almaniyada baş tutub.

Qeyd edək ki, S.İsmayılxanov çəkiliş zamanı kostyumla hovuza girib.