» » Bakıda “Şamlıq” deyilən ərazidə cinsi azlıq nümayəndəsi ilə taksi sürücüsünün intim münasibəti —


Bakıda quldurluq etməkdə təqsirli bilinən Cəlilabad rayon sakini, 1993-cü il təvəllüdlü Qurban Rzayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

starxeber.az-ın demokrat.az-a istinadən xəbərinə görə, cinsi azlığın nümayəndəsi olan Qurban Rzayev ötən ilin aprelin 20-də, gecə saat 02 radələrində Nəsimi rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında dayanaraq cinsi əlaqədə olmaq üçün müştəri gözləyərkən avtomobil yolu ilə hərəkətdə olan taksi fəaliyyəti ilə məşğul olan “VAZ 21011” markalı avtomobilin sürücüsü Rüfət Yunusovun idarə etdiyi avtomobilini onun dayandığı yerdə saxlayaraq sonuncuya oral yolla cinsi əlaqədə olmaq istədiyini təklif edib, qarşılığında hansı məbləğdə pul alacağını soruşub.

İntim əlaqə və quldurluq

Qurban Rzayev Rüfət Yunusovla oral yolla cinsi əlaqədə olmağa etiraz etməyib və həmin əlaqəyə görə qabaqcadan 10 manat məbləğində pul alacağını bildimb. Aralarında olan razılaşmaya əsasən Qurban Rzayev Rüfət Yunusovun idarə etdiyi avtomobilin ön sağ oturacağında əyləşib və rahat şəkildə cinsi əlaqədə olmaq üçün sonuncuya avtomobili heç kimin olmadığı Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın arxa tərəfinə sürməsini təklif edib.

Onlar birlikdə həmin ünvana getdikdən sonra Rüfət Yunusov onunla idarə etdiyi avtomobilin ön hissəsində qabaqcadan 10 manat məbləğində pul əskinası verməklə oral yolla cinsi əlaqədə olub. Həmin vaxt Qurban Rzayev Rüfət Yunusovun üzərində pulunun olmasını görüb. O, həmin pulları ələ keçirmək üçün üzərində olan ülgücü çıxarıb və Rüfət Yunusova tutaraq öldürəcəyi, sifətində çapıq izi qoyacağı ilə davamlı hədələr edib, 100 manat məbləğində pulu alıb.

“Həmin əraziyə “Şamlıq” deyirlər”

İstintaq orqanı tərəfindən Qurban Rzayevin barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qurban Rzayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

Qurban Rzayev ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi əvvəllər tanımamışdır. Bakı şəhərində kirayədə yaşayıb: “Cinsi azlığın nümayəndəsiyım və son 4 ildir ki, cinsi azlıq kimi kişilərlə görüşürəm. Adətən kişi müştərilərlə görüşmək üçün günün qaranlıq vaxtları Nəsimi rayonu, Moskva prospekti 92 saylı binanın qarşısında oluşam. Həmin binanın qarşısında çoxlu sayda şam ağacları olduğu üçün çox zaman həmin əraziyə “20 Yanvar” da yerləşən “Şamlıq” deyirlər”.