» » 27 il sonra “Məhəbbət olmayanda”...


Müğənni Sevda Yahyayeva yeni klipini təqdim edib.

starxeber.az xəbər verir ki, ifaçı musiqisi Cavanşir Quliyevə, sözləri Mədinə Gülgünə aid olan məşhur "Məhəbbət olmayanda" bəstəni səsləndirib. Mahnının aranjimanı Elvin İmanova aiddir. Rejissoru Aytən Əzimzadə olan klipdə Sevdanın obrazı üzərində məşhur stilist və vizajist Elnur Həsənov işləyib.

Qeyd edək ki, bəstəni ilk dəfə 1994-cü ildə Xalq artist Aygün Kazımova oxuyub. Daha sonra isə Əməkdar artist Sənubər İsgəndərli ifa edib.