» » Murad incik olduğu Xoseni bağışladı -


Xalq artisti Murad Dadaşov illərdir incik olduğu reper Elşad Xose ilə barışıb.

Onlar ötən gün tədbirlərin birində bir araya gəlib.

Xose ilə Dadaşov birlikdə şəkil çəkdirib. Reper bu fotonu 20 il öncə çəkilmiş şəkilləri ilə müqayisə edib.

Qeyd edək ki, M.Dadaşov mətbuata açıqlamasında “Elşadı uşaqlıqdan tanıyıram. Bir müddət əvvəl bir anlaşmazlıq oldu. Ondan bərk incimişdim. İndi də haradasa qarşılaşanda salam-sağolumuz var. Amma mən illər əvvəl tanıdığım Elşadı daha çox sevirdim” deyə, söyləmişdi.


///axsam.az