» » Niyə əksər evli kişilərin ikinci sevgilisi olur?


Mətbuatda dərc olunan ailə-məişət xəbərləri, bu istiqamətdə qeyd edilən statistikalar, aparılan monitorinqlər Azərbaycan ailə modelinin xeyli dəyişdiyini göstərir.

Məsələn, araşdırmalar göstərir ki, hazırda əksər evli kişilərin kənarda seVgilisi, münasibət qurduğu qadın və ya qadınlar var. Sanki əvvəllər cəmiyyət qınağından qorxub boşanmaqdan çəkinənlərin yerini sevgililəri ilə aşkarda gəzənlər tutub.

starxeber.az gencaile.az-a istinadən bildirir ki, hər halda bu fakt bizə "kişilər bir qadınla kifayətlənə bilmir" deməyə əsas verir. Məlumdur ki,  bunun nəticəsində nikahdan kənarda doğulan uşaqların, boşanmaların sayı da bildiyimizdən də artıqdır. Maraqlıdır, nə üçün əksər evli kişilərin ikinci sevgilisi olur?

Beş-altı qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Halbuki heyvanların davranışını təqlid etmək qürurverici bir şey deyil...

Sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu cür hallar cəmiyyətdə çaxnaşmaların sayını artırır:

"Min illərdir ulu babalarımızın cəmiyyətdə qoyduğu nizam qaydaları və qadağalar var. Bu barədə danışan zaman fikirləşmək lazımdır ki, babalarımız fiziki cəhətdən indikilərdən də sağlam olub. Onların bu cür sərgüzəştlər üçün tələbatları daha çox idi. Buna baxmayaraq hər ağıllı adam bilirdi ki, cəmiyyətdə mənəvi dəyərlər zəiflədikcə çaxnaşma, gərginlik  çoxalır. Bu səbəbdən o zamanlar əxlaqi-mənəvi dəyərləri gözdən salan, ucuzlaşdıran amillərə qadağalar qoyulub.
Bəzən beş-altı qadınla əlaqəsinə görə fəxr edən kişilər görürük. Halbuki heyvanların davranışını təqlid etmək qürurverici bir şey deyil. İnsaniyyət üçün mühüm olan mədəniyyətin mövcudluğu daha önəmlidir. İnsanlığı xarakterizə edən davranışlar çox olduqca, cəmiyyət daha dəyərli olacaq. Amma deyilən tələblər heyvani tərəfləri daha çox əks etdirir.

Cəmiyyətə nizam-intizam gətirən və dağıdıcı amillər var. Haqqında danışdığımız məsələ dağıdıcı amillərdir və bu kimi halların olması pis simptomdur".

Sosioloqun sözlərinə görə bu cür halların qarşısını almaq üçün mütləq tədbirlər görülməli və yeni ailə modeli yaradılmalıdır: