» » Muradla Ülviyyə aparıcılığa başlayır


“Vicdan haqqı” serialı ilə məşhurlaşan evli cütlük Murad İsmayıl və Ülviyyə Xəlilbəyli aparıcılığa başlayır.

Onların aparıcısı olduğu proqram isə “Şarm +” adlanır.

Bu barədə cütlük sosial media hesabında məlumat verib.

Lakin paylaşımda verilişin formatı və hansı kanalda yayımlanması barədə informasiya yer almayıb.