» » "Onlara ev verməyəcəm" -


Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev keçmiş gəlini Anjelikaya ev verməyəcəyini açıqlayıb. 

R.Cəbiyev "Şou news" verilişinə açıqlamasında deyib ki, nəvələrinə ev verməyə imkanı yoxdur:



"Məcbur deyiləm sənə ev verim. Kimsəni məcbur edir ki, şəhərdə qalasan? Tək dərdi ev almaqdı. Onun Anara da sağ olanda təzyiqi ancaq ev idi. Qanunla Anarın valideynlərinin onun qarşısında öhdəliyi yoxdur. Ev vermək bizim vicdanımızdan asılıdır. 

Anjelika Qusarın kəndindən gəlin gəlib. Hamı ailəsi dağılanda atasının evinə qayıdır. Qayıt atanın evinə. 3 oğlum var, hazırda bir evdə 3 ailə yaşayırıq. Evimi satıb, bu ailəni çölə ata bilmərəm.

Məktəb paltarların alıram, gücüm çatan qədər nəvələrimə kömək edirəm. Mənəvi borcumdur, edəcəm də".
 
///Axşam.az