закрыть
Test

Test2

"Atam namusuma toxunub, sonra da hədələyirdi" -  Nazpərinin qardaşı qızından şok etiraflar

Müsahibə 18-apr, 12:179 209
"Mənə qarşı olan təzyiqlər "Azəristar"dan əvvəl idi. Oradan niyə qovuldum? Çoxdan idi. Bizi istəmirdilər. Heç özümüzü sevdirməyə də çalışmamışıq. Mən anam və nənmlə yaşayırdım. Məni nənəm böyüdüb, talış qızı idi. Müsabiqəyə gələndə, artıq gözə girdim. Dəstək istəmirdim, amma ən azından qovdurmayaydı məni".

Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva deyib. Bir vaxtlar müğənni kimi fəaliyyət göstərən Pərvanə illər sonra Dostəliyevlər ailəsinin onun başına açdığı oyunlardan danışıb:

"Doğulandan məni qəbul etməyiblər. Anam hamilə olanda onlar xəbər tutdular. Ağalar anamı qaçırdıb, 4 ay sonra anam bilib ki, sən demə, o, evli imiş. Anamın ailəsi onun evli olduğunu bilmirdi. Atamla anamın rəsmi nikahı olmayıb. Mən doğulandan sonra anamın ailəsi məhkəmə yolu ilə, qiyamətlə ondan soyadını ala bilib. Məni tənqid edirlər ki, o cür atanın soyadını niyə daşıyırsan? Bu soyadı almasaydım, "bicdir" deyəcəkdilər".



"AZƏRBAYCANDA OLSAYDIM NAZPƏRİ MƏNİ YOX EDƏRDİ"

Pərvanə illər sonra bu məsələni açıqlamasının səbəblərindəın danışıb: 

"İllər sonra danışmağımı qınayırlar. Bilirdim, nə vaxtsa danışacam, amma qərar verə bilmirdim. Uzun müddət Azərbaycandan getdim, orada olsaydım, danışa bilməzdim. Müğənnilik etmək, toya getmək bir yana, mən heç mağazaya çörək almağa düşə bilməzdim. Məni yox edərdilər. Azərbaycandan baş götürüb getdim. Qərar verə bilmirdim, anamın nə reaksiya verəcəyini, uşağımın necə olacağını düşünürdüm. Böyük travma yaşamışdım. Ailəm biləndən sonra anladım ki, bu dərdlə ölmək istəmirəm. Nə qədər onlar sağdır, gəbərib getməyib, hamı bilsin. İstəyirəm Nazpəri, atam öləndə onlara rəhmət düşməsin. 

"NAZPƏRİ BÜTÜN TELEKANALLARDA MƏNƏ QADAĞA QOYDURMUŞDU"

Nazpəriyə görə didərgin düşdüm. Mən "Azəri star"da olanda hamıya zəng edirdi ki, onu atın. Axır ki, atdılar. Klip çəkdirdim, əlimdə DVD, kanalların qapısında it kimi yalvarırdım, heç kim qəbul etmirdi. Nazpəri hər yerdə qadağa qoydurmuşdu. Sağ olsun, rəhmətlik İlhamə Quliyeva, ona görə bir-iki dəfə "Space" kanalında verilişlərə çıxdım".



Atası tərəfindən 6 yaşında dəfələrlə təcavüzə məruz qalan P.Dostəliyeva Ağaların onu dəfələrlə hədələdiyini bildirib: 

"Deyirlər ki, 6 yaşında uşaq təcavüz ediləndə niyə ölməyib? Necə dözüb? Tam əlaqəyə girmirdi, sadəcə, namusuma toxundu. Nənəm əməliyyat olunmuşdu, babam gəmidə işləyirdi, evdə ola bilmirdi. Anam xəstəxanada nənəmin yanında qalırdı. Məni isə qoymağa yer tapa bilmədi. Zeynəb Dostəliyevanın evinə apardı ki, bir neçə gün onunla qalım. Orada Nazpərini də görürdüm, onların mikrorayondakı evinə gəlirdi. Qaranlıq blokda atam ilk dəfə mənim namusuma toxundu. Utanıram bunu izah etməyə, üzqızardıcı haldır. Zeynəbin evində qalanda salırdı otağa dəfələrlə təcavüz edirdi. Gecələr ağlayırdım, Allaha yalvarırdım ki, anam gəlib məni tez aparsın. Hələ atam məni qorxudurdu ki, bibinə, heç kimə demə. Bunu boynundan ata bilməz. İmkan verməyəcəm öləndə kimsə ona rəhmət oxusun. Onu torpaq qəbul etməyəcək. Onun cəsədini dənizə atacaqlar".
 
"AĞALAR KÜÇƏLƏRDƏ AC-YALAVAC YATIR"

Pərvanə bildirib ki, ötən gün yayılan açıqlamasından sonra atası ona zəng edib:

"Dünənki açıqlamadan sonra Ağalar mənə zəng etdi, səhv iş gördüm, gərək səsini yazardım. Gözləmədən oldu, anidən zəng gəldi. Söydüm onu, dedim mənə zəng etmə. Ağalar sağdır, "butkada" yatır, itin qabağına çörək qoyulan kimi oğlu gətirir hərdən yemək verir. Ögey qardaşım Rəvanla aylar əvvəl telefonla danışmışdım. Deyirdi, bizim evimizi satdı, evsiz qoydu. İndi özü küçələrdə yatır. Heç Rəvan da Dostəliyevlər nəslini qəbul etmir. Acından ölür, kim nə gətirir onu da yeyir. 



"BAŞIMA BİR İŞ GƏLSƏ, GÜNAHKARI NAZPƏRİDİR"

Nazpəri deyir, guya sərxoşam, psixoloji problemim var idi. Lap sərxoş idim, Nazpərinin mənim çörəyimlə oynaması, atamının namusuma toxunması haqlıdır? Axı, mən sərxoş deyildim. O ilandan, akuladan qorxurdum, məni yox edərdi. Yenə də deyirəm, ailəmin, uşağımın başına bir iş gəlsə, günahkarı onlardır. Atamın harada olduğunu Zeynəb də, Nazpəri də, qardaşları Cavanşir də bilir. Anam da bilir, amma mən harada olduğunu bilmirəm. Ölsün, gəbərsin. 

Bundan sonra ölənə kimi Azərbaycana qayıda bilmərəm. Allah onları betər etsin, üzləri gülməsin. Ölməsinlər, ölümdən betər olsunlar. Gözə aldım söyülməyi, təhqir edilməyi... Mənim bütün arzularım ürəyimdə qaldı, müğənnilik kitabı mənə bağlandı. Amma bu dərtlə ölməyəcəm, hamı bilsin onları.
 
Çox az insana dərdimi deyirdim, onlar da deyirdi, sus, özün biabır olacaqsan. Amma indi dedim ki, özümü də, səni də biabır edəcəm".

Pərvanə Nazpərinin onu şantaj edib, pul istəməsi məsələsinə də münasibət bildirib:

"Maddi sıxıntım yoxdur. İşləyirəm, şükür, qazancım yaxşıdır. Yalandan deyir ki, bir aydır bu video onda var, onu şantaj edirəm. İlk dəfə 3 gün əvvəl videonu Ülvi Qılınca göndərdim. O da dedi etmə, barışdırım sizi. Dedim ola bilməz, onu rüsvay edəcəm. Götürüb videonu Faiq Ələkbərova (ATV-də prodüser - red.) göndərib. Üç günün içində olan söhbətdir. Nə pulu istəyirəm səndən,ay utanmaz? Sonra niyə dedin ki, qardaşımın qeyri-rəsmi nikahdan uşağıdır, anasını, özünü yaxınıma buraxmamışam. Sən kimsən ki, sənə yaxın gələk? Peşman da deyiləm, nə demişəm arxasındayam. Yarışmada o travmanı mənə necə yaşatdın? Gündə İlhamə Quliyevaya zəng edirdin ki, onu qovun. 

Unutmaram, ATV-yə gedəndə dedilər olmaz, Nazpəri tapşırıb. Əlimdə pulum ağlıyırdım, ATV-dən mən necə ağlaya-ağlaya gəldim".



"ANAM TƏCAVÜZ SÖHBƏTİNİ EŞİDİB, XƏSTƏXANALIQ OLDU" 

Pərvanə deyib ki, anasına hər şeyi bir il bundan əvvəl açıb danışıb:

"Hər şeyi bir il bundan əvvəl telefonda açıb anama danışdım. Anam dəhşətə gəldi, başını itirirdi. Uşağım da həmin an eşidib, az qala özünü öldürəcəkdi. Anam xəstəxanalıq oldu, uşağım şok keçirdi. Deyirdilər, sən illərdir bu dərdi necə içində gizlətmisən?

Elə bilirsiniz o soyadla fəxr etmişəm? Ərə gedəndə də o soyadı dəyişmədim. Bilirdim, mən soyadı dəyişdirsəm, adım bic gedəcək, heç nə sübut edə bilməyəcəm. Nazpərinin dediyi kimi bic deyiləm, pasportumda "Dostəliyeva Pərvanə Ağalar qızı" gedir. Bic Nazpərinin övladlarıdır. Ailə qurub, amma övladları "Dostəliyev" gedir. Eləcə də Zeynəbin uşaqları.

Onun uşaqları kimi bic deyiləm. Şərəfsiz atanın soyadını daşıdım ki, sübut edim. Bundan sonra bu soyadı dəyişdirəcəm. 

İllər əvvəl Nanə Ağamalıyevanın "Xalq parad" verilişi var idi, orada Zeynəb Dostəliyeva qonaq olmuşdu. Onda Nazpəri ilə küsülü idilər. Həmin verilişdə Zeynəb mənim fotomu əlində tutub deyirdi ki, gözəl səsi var, Nazpəri qoymur oxusun. Tapın həmin kadrları yayımlayın".
Oxşar xəbərlər

SON XƏBƏRLƏR