закрыть
Test

Test2

SON DƏQİQƏ! Xəzərə düşən MİQ-29 təyyarəsi tapıldı 

Sosial 09-avq, 12:339 11
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib.

Bu barədə  Starxeber.Az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.



Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.

Hazırda təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür. 
Oxşar xəbərlər

SON XƏBƏRLƏR