» » Serdar Ortaç və İzelin rejissoru Brilliant Dadaşovaya klip çəkdi –


Xalq artisti Brilliant Dadaşova “Para-para” adlı klipini təqdim edib.

starxeber.az xəbər verir ki, ekran işi Türkiyənin məşhur “NetD” musiqi platformasında paylaşılıb.

Mahnının sözləri sənətçinin özünə, musiqisi Fərid Kərimliyə məxsusdur.
Erkan Nasın ərsəyə gətirdiyi klipdə sənətçi 4 libas dəyişib.

Qeyd edək ki, E.Nasın Serdar Ortaç, İsmayıl YK, İzel, Lerzan Mutlu və bir çox tanınmış müğənnilərin kliplərinin rejissorudur.