» » Qvardiola ilə kapitan arasında gərginlik -


"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 8-ci turunda "Vulverhempton"la matçın (0:2) gedişatında komandanın kapitanı David Silva ilə münaqişəyə girib.

starxeber.az qol.az-a istinadən xəbər verir ki, o, oyun zamanı 33 yaşlı müdafiəçini yanına çağırıb və onun sürətinə görə tənqid edib.

"David, sən az qaçırsan. Sənin ayaqların haradadır?" - Qvardiola Silvaya bildirib.