» » “Əndamınızı nümayiş etdirməkdən sənət yaddan çıxıb”


Aktrisa Zülfiyyə Qurbanova yazdığı statusla bəzi həmkarlarını hədəf alıb.

O, gənc aktrisaları nəzərdə tutaraq sosial şəbəkədə fikirlərini dilə gətirib:

“Olmayan əndamınızı nümayiş etdirməkdən sənət göstərmək yaddan çıxıb. Mimika – qırışsız üzlər, donuq gözlər...

Ancaq ki, gözəl görünmək eşqi sizi dünyaya çıxarmayacaq. Süni, yaltaqlıq yağan “yarım metr” təriflər. Elələrinin dəyəri olur. Ən gözəl silah isə biganəlikdir”.