» » Alla Puqaçova: "Növbəti dəfə səhnəyə 80 yaşımda çıxacam"


Rusiya estradasının primadonnası, SSRİ Xalq artisti Alla Puqaçova Minskdə konsert proqramı ilə çıxış edib.

Konsertdən sonra rusiyalı musiqişünaslar və musiqi tənqiqçiləri Alla Puqaçovanın çıxışını kəskin şəkildə tənqid ediblər.

Bir qrup musiqi tənqidçisinin sözlərinə görə Alla Puqaçova bundan sonra heç zaman səhnəyə çıxmamalıdır. Onların fikrincə Alla Puqaçovaya səhnədə tamaşa etmək ağrılıdır, dözülməzdir.

"Alla Puqaçova ayaq üstə zorla dayanır. Oxuya bilmir, boğulur. Mahnını oxumur, sanki dayanıb şeir söyləyir". Bu fikirləri rusiyalı musiqi eksperti Sergey Sosedov deyib.

Rusiyalı musiqi ekspertləri və tənqidçilərinin bu fikirlərinə münasibət bildirən Alla Puqaçova isə "Belorusda keçirilən konsert proqramım anşlaqla başa çatdı.70 yaşımda belə konsertlə çıxış etdim. Növbəti dəfə səhnəyə 80 yaşımda çıxacam. Belə geniş konsertlərimi 80 yaşımda da sevənlərimə təqdim edəcəm". deyib.