закрыть
Test

Test2

Ana 14 yaşlı qızını zorla ərə verdi və ... - Azərbaycanda ŞOK OLAY 

Sosial 11-apr, 16:499 173
Bakıda 14 yaşına çatmayan qızla cinsi əlaqədə olmaqda ittiham olunan Lerik rayon sakini, 1998-ci il təvəllüdlü Arzuman Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

STARXEBER.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Arzuman Həsənov 2018-ci ilin yanvarın əvvəllərində Abşeron rayonu Müşfiq qəsəbəsində yerləşən fermanın yaşayış sahəsindəki evdə, 13 yanvar 2018-ci il tarixdən isə Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən "Cücə” fermasının yaşayış sahəsindəki evdə 2004-cü il təvəllüdlü Ləman Məmmədova (ad və soyad şərti verilib – red.) ilə qeyri-rəsmi nikahda yaşayıb.



Arzuman Həsənov Ləmanla ailə münasibətlərində olub və bu, 2018-ci ilin iyun ayınadək davam edib.

Ləman Məmmədovanın atası qızının ərə verilməsindən xəbər tutduqda bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Əslən lerikli olan kişi qızının paytaxtda zorla anası tərəfindən ərə verildiyini, yetkinlik yaşına çatmadığı hamilə qalmasından şikayətçi olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb və şikayətin düzgün olduğunu, yetkinlik yaşına çatmayan qızın ərə verildiyi üzə çıxıb. Polisin keçirdiyi əməliyyat nəticəsində Arzuman Həsənov həbs edilib.

İstintaq orqanı tərəfindən Arzuman Həsənovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Xəzər rayon Məhkəməsinin hökmü ilə Arzuman Həsənov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Arzuman Həsənov apelyasiya şikayəti verib. O, birinci instansiya məhkəməsi tərəfindən sərt cəza təyin edildiyini göstərib. Arzuman Həsənov hökmün dəyişdirilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Qeyd edib ki, özünün və zərərçəkmiş şəxs yaxın qohumları tərəfindən evləndirilib, erkən nikaha daxil olublar. Onun bildirdiyinə görə, onların hətta toyları da olub.

Arzuman Həsənov bildirib ki, zərərçəkmişin ona qarşı heç bir tələbi və iddiası yoxdur: "Zərərçəkmiş şəxs məni öz əri kimi qəbul edir. Mənim azadlığa çıxıb, öz evinə qayıtmasını istəyir”.

Arzuman Həsənovun şikayətinə görə, böyrək xəstəliyindən əziyyət çəkir, ailənin yeganə qazanc gətirən üzvüdür. O, yaşayış yerindən müsbət xarakterizə olunduğunu, əvvəllər məhkum olunmadığını göstərib.

Arzuman Həsənovun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Namiq Məmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Apelyasiya şikayəti təmin olunmayıb.
Oxşar xəbərlər

SON XƏBƏRLƏR