» » “Beşiktaş”dan Arda Turan açıqlaması


Türkiyənin “Beşiktaş” klubu Arda Turanla bağlı açıqlama yayıb.

“Qara-qartallar”ın yaydığı açıqlamada təcrübəli yarımmüdafiəçinin transferinin gündəmdə olmadığı, yayılan xəbərlərin yalan olduğu bildirilib.

Qeyd edək ki, Arda Turan son olaraq çıxış etdiyi “Başakşehir”dən ayrılıb. Onun sabiq klubu “Qalatasaray”a transfer olunacağı bildirilir.

///Qafqazinfo