» » "Qalatasaray"ın ulduzu həmkarına arvadı ilə xəyanət etdi -


"Qalatasaray"ın hollandiyalı futbolçusu Ryan Donk ötən gecə "Beşiktaş"dan İngiltərənin "Fulham" komandasına transfer olan futbolçu Ryan Babelin həyat yoldaşı ilə səmimi şəkildə görüntülənib.

starxeber.az türk mətbuatına istinadən xəbər verir ki, onlar gecə klublarının birində qucaqlaşaraq görüntülənib.

Məkandan çıxan zaman jurnalistlərin onu gözlədiyini öyrənən 33 yaşlı futbolçu görüntülənməmək üçün arxa qapıdan qaçıb. 

Babelin üç uşağının anası barədə yayılan xəyanət iddiasına nə reaksiya verəcəyi maraq mövzusu olub.

Qeyd edək ki, Ryan Donk ötən ilə qədər Babellə möhkəm dost olub.