» » 23 yaşlı qız doğuşdan sonra öldü


Hacıqabulda ana doğuşdan sonra ölüb.

starxeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. 

Rayon sakini, 1997-ci il təvəllüdlü Aytac Həsənova qız uşağı dünyaya gətirib. Ana doğuşdan iki saat sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.