» » Roza "Yaşın nə fərqi var ki" üçün onunla bir araya gəldi - VİDEO


Müğənni Roza Zərgərli aparıcı Cavid Güllə duet oxuyub.

starxeber.az-ın məlumatına görə,  cütlük  “ATV”də yayımlanan "ATV Maqazin Onlarlanın "Novruz" buraxılışında  mərhum xalq artisti İlhamə Quliyevanın məşhur “İncitmə qəlbimi” ("Yaşın nə fərqi var ki") mahnısını birlikdə səsləndirib. Onların bu dueti maraqla qarşılanıb.

Qeyd edək ki, bəstənin sözləri İlhamə Quliyevanın özünə, musiqisi isə Novruz Aslana məxsusdur.