» » "Azərbaycanda gözəl, uğurlu qadın oldunsa, qanın getdi" -


"Sənətdə olmağımı ən gec ailəm qəbul edib. Narazı idilər. Ən sonda ailəm və qohumlarım müğənniliyimi qəbul etdi və fəxr etdi. "Əməkdar artist" adı alanda dedilər, səhv edirmişik. Evdən çıxa bilmirdim, qapıları bağlayırdılar ki, məşqlərə gedə bilməyim. Eyvandan tullanıb qaçmağa çalışırdım, gətirib açarı verirdilər ki, yaxşı, get. Qapı sındırdığım anlar olub".


starxeber.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Fatehin divanı" verilişində deyib. Müğənni sənətə gəlməsindən və valideynlərinin qadağalarından danışıb. O bildirib ki, ailəsi onun müğənni olmasını "Əməkdar artist" fəxri adı alandan sonra qəbul edib.

Kazımova "Azərbaycanda qadın olmağın ən çətin tərəfi nədir" sualına belə cavab verib:

"Gözəl, uğurlu, gözəgəlimli qadın oldunsa, qanın getdi. Amma sənətin, peşən varsa, cəmiyyətdə öz sözünü demisənsə, qanın qayıtdı".