» » Tamilla Abdullayeva öldü -


Dağıstanlı jurnalist və "MTV-Stolitsa" telekanalının aparıcısı Tamilla Abdullayeva Mahaçqala şəhərində yol qəzasında dünyasını dəyişib, bu barədə yerli "Çernovik" qəzetinin "Telegram" kanalı məlumat yayıb.

Aparıcı iki dəfə qəza keçirib. Birinci qəzadan sonra Abdullayeva üçün təcili yardım maşını gəlib. Aparıcı xəstəxanaya aparılarkən təcili yardım maşını da başqa bir avtomobillə toqquşub. Aldığı zərbələrdən jurnalist hadisə yerində dünyasını dəyişib.

Abdullayeva MTV telekanalının "Stolitsa" media holdinqində baş redaktor, həmçinin, kanalın aparıcısı vəzifəsində çalışırdı.
Bundan başqa, jurnalistin "Instagram" səhifəsində qeyd edilir ki, o, Moskvada "Rossiya seqodnya" beynəlxalq informasiya agentliyində radiojurnalistikanı tədris edirdi.

Oxu.az