» » Kəmaləddin Heydərovun avtomobili qəzaya düşdü -


Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

starxeber.az oxu.az-a istinadən xəbər verir ki, hadisə ötən gün Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində qeydə alınıb.

“Mercedes” markalı, 90-AA-900 dövlət nömrə nişanlı avtomobillə “Maserati” markalı maşın toqquşub.
Yayılan videodan görünür ki, “Mercedes”in sürücüsü qırmızı işıqda keçib. Nəticədə qəza baş verib.

Qeyd edək ki, qəza törədən avtomobil Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xidməti maşını olub.

Hadisə zamanı nazir avtomobildə olub. Mühafizəçilər dərhal K.Heydərovu digər maşına əyləşdirərək, hadisə yerindən uzaqlaşdırıblar.