» » Ramazanın 28-ci gününün duası -


Sabah Ramazan ayının 28-ci günüdür.

starxeber.az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:30, iftar isə saat 20:11-dədir.

Ramazan ayının 28-ci gününün duası:

"İlahi, bu ayda nafilə əməllərdən mənim nəsibimi bol et, Qiyamət günü suallarına hazır olmaq üçün mənə lütf göstər, vəsilələr arasında Sənə yetişmək üçün vəsiləmi bu ayda yaxın et, ey israrlıların dualarını eşitməkdən məmnun olan Allah!"

Allah orucunuzu qəbul etsin!